Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 193 478,03 ABŞ dolları dəyərində 539 331,99 ton buğda idxal edilib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 58,2% artıb, həcmi isə 12,1% azalıb. Qeyd edək ki, bu ilin ilk səkkiz ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,18%-nə bərabər olub.