Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,905 mln ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, spirt ixrac edib. Dövlət Gömrük Komitəsindən (DGK) Foodinfo.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,191 mln ABŞ dolları və yaxud təxminən 29,09% azdır. Hesabat dövründə içki ixracı ümumi ixracın 0,09%-ni təşkil edib. Cari ilin ilk iki ayı ərzində Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, spirtin dəyəri isə 7,577 mln ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 2,378 mln ABŞ dolları və yaxud 29,89% azdır. Hesabat dövründə içki idxalı ümumi idxalın 0,42%-ni təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,25 milyard ABŞ dolları ixracın, 1,79 milyard ABŞ dolları isə idxalın payına düşüb.