Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 263,69 min ABŞ dolları dəyərində 1 081,75 ton çay ixrac edib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu bir il öncəki göstəricidən müvafiq olaraq 49% və 95% çoxdur. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,03%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,43%-ə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 35 346,18 min dollar dəyərində 7 146,03 ton çay idxal olunub. 2021-ci ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 12% artıb, həcmi isə 6,2% azalıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,56% təşkil edib. 2022-ci ilin ilk altı ayında (2021-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,6 dəfə, həcm ifadəsində isə 6,6 dəfə üstələyib.