Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 34 861,23 ABŞ dolları dəyərində 40 767,13 ton düyü idxal edilib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 40,4%, həcmi isə 20% artıb. Qeyd edək ki, cari ilin ilk səkkiz aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,39%-na bərabər olub.