
Azərbaycanda yaxın 5 ildə əhalinin içməli su ilə təminatı
70%-dən 85%-ə, suvarma suyu ilə təminatı
80%-dən 90%-ə çatdırılacaq.
Foodinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
"Təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcəkdir. Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcək. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı
12 %-dən
12,3 %-ə çatdırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı
25 %-dən
15 %-ədək azalacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi
20 % (regionlarda
10 %) təşkil edəcəkdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti
10,5% olacaq". Meşə fondunun
65 %-i inventarlaşdırılacaq. Torpaqların
30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaq", - deyə sənəddə qeyd olunub.