2022-ci ildə Azərbaycandan 52 milyon 8 min dollar dəyərində 82 min 291 ton alma ixrac olunub.
Foodinfo.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan 37 milyon 364 min dollar dəyərində 66 min 848 ton alma ixrac olunmuşdu. Beləliklə, alma ixracı dəyər ifadəsilə 39,2%, miqdar ifadəsilə 23,1% artıb.
Bir ton almanın orta ixrac qiyməti 2021-ci ildəki 559 dollardan 2022-ci ildə 632 dollara yüksəlib.