Azərbaycan bu ilin yanvar-iyul aylarında 10 milyon 390 min dollar dəyərində 15,9 min ton şəkər ixrac edib.
Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə şəkər ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 50%, həcm baxımından isə 60,3% azalıb.
Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,62% təşkil edib.