Bakıda Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirin ikinci günü öz işini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, regional tədbirin ikinci günü FAO-nun regional fitosanitar potensialının inkişafı üzrə fəaliyyəti, EPPO-nun fəaliyyəti, zərərvericilərin yaranması, yayılması və alovlanması üzrə xəbərdarlıq sistemi (FAW və Fusarium TR4 halları), fitosanitar bacarıqların qiymətləndirilməsinin faydaları və son nailiyyətlər, həmçinin region üçün maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya haqqında məlumatların artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
[gallery ids="50028,50029"]