2023-cü ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 12010,3 milyon manat təşkil edib.
Foodinfo.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 6566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 faiz azalaraq 5443,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 37 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.