Koronavirusun təbii yolla müalicəsi ilə bağlı çoxlu sayda məlumatlar verilir. Foodinfo.az E-tibb.az-a istinadən xəbər verir ki, xəstəlik zamanı xəstənin özünü daha yaxşı hiss etməsi üçün bal, limon və ya zəncəfil yemək vəziyyəti yaxşılaşdırır. Lakin bu, COVID-19-un müalicəsi demək deyil.
ÜST mütəxəssisi Maykl Rayan "Sky News"a açıqlamasında COVID-19-un müalicə üsulları ilə bağlı sualı cavablandırarkən deyib ki, indiyə kimi yeni virusu müalicə edən sübutlu metod yoxdur: "İnsanlar xəstəlik zamanı özlərini daha yaxşı hiss etmək üçün bal, limon, zəncəfil kimi qidaları qəbul etməkdə azaddırlar. Amma onlar bunun dərman olduğunu əsla düşünməməlidirlər".