Balqabaq tumu təkcə qida dəyəri ilə deyil, həm də sinir sistemi üzərində müsbət təsirləri ilə seçilir.
Foodinfo.az xəbər verir ki, tərkibindəki zəngin vitamin və minerallar sayəsində bu təbii məhsul stressin azaldılmasına və zehni sağlamlığın qorunmasına kömək edir.
Balqabaq tumu maqneziumla zəngindir. Maqnezium sinir hüceyrələrinin normal işləməsi üçün vacibdir və əsəbilik, gərginlik hissinin azalmasına dəstək olur.
Tərkibində olan triptofan maddəsi beyində serotonin hormonunun istehsalını dəstəkləyir. Bu isə əhval-ruhiyyənin yaxşılaşmasına və stressin azalmasına kömək edir.
Balqabaq tumunda olan sink və maqnezium yuxu hormonlarının balanslanmasında iştirak edir. Axşam saatlarında az miqdarda balqabaq tumu istehlakı daha rahat yuxuya getməyə kömək edə bilər.
Həmçinin B qrup vitaminləri ilə zəngindir. Bu vitaminlər yaddaş, diqqət və ümumi beyin fəaliyyəti üçün vacib hesab olunur.
Antioksidantlarla zəngin olan balqabaq tumu sinir hüceyrələrini oksidləşdirici stresdən qoruyaraq zehni yorğunluğun azalmasına kömək edir.
Gündə 1 ovuc duzsuz və qovrulmamış şəkildə istehlak edilməsini tövsiyə edilir. Həddindən artıq istifadə mədə-bağırsaq narahatlığı yarada bilər.






