Belin aşağısı və çanaq hissədə ağrı qadınlarda ginekoloji onkologiyanın simptomu ola bilər.
Foodinfo.az xəbər verir ki, ginekoloq Yelizaveta Komarova bəzi təhlükəli simptomları açıqladı.
"Çanağın aşağısına və qasığa yayılan təzyiq və ağrı ginekoloji xəstəliklər, o cümlədən xərçəngin əlaməti ola bilər.
Bura yumurtalıq, uşaqlıq boynu və vulva şişləri aiddir.
Nə qədər tez bu simptomların ardıyca getsəniz, diaqnoz bir o qədər tez qoyular.
Beldə ağrı ilə yanaşı digər simptomlar olarsa, mütləq ginekoloqa gedin.
- Qarında şişkinlik, böyümə
- Qanlı, irinli axıntı
- Sidiyə tez-tez çıxma
- Qaşınma, yanma, ağrı
- Tualetə gedəndə ağrı
Yegəna ağrı verməyən xərçəng növü uşaqlıq boynu şişidir. Onu yalnız test göstərə bilər".