Kənd təsərrüfatı sahələrində çalışan zəhmətkeşlər uzun illərdən bu günümüzə qədər müxtəlif zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə bir çox üsulları sınaqdan keçirməyə davam edir. Buraya ənənəvi metodlardan tutmuş, müasir bitki mühafizə vasitələrinin tətbiqinə, ləvazimat və aksesuarlara qədər müxtəlif növ fəaliyyət formaları və məhsullar daxildir. Hər ötən il müxtəlif şirkətlər tərəfindən fermerlər üçün geniş çeşidlərdə tərkibi bir-birindən zəngin və daha effektiv təsirediciliyə malik bitki qoruma vasitələri yəni pestisidlər təqdim olunur. 

 

Pestisid Nədir?

 

Kənd təsərrüfatlarında, bağ və həyətyanı sahələrdə zərərvericilərə, alaq otlarına və xəstəliklərə qarşı mübarizə məqsədi ilə tətbiq olunan bitki qoruma vasitələri ümumilikdə pestisid olaraq adlandırılır. Pestisidlər bitkilərin sağlam inkişafına zərər toxunduracaq bakteriya, virus və digər mikroorqanizmlərin təsirlərinin qarşısını almaq və ya aradan qaldırmaq üçün istifadə edilən kimyəvi maddələr qarışığını özündə ehtiva edir. Ziyanvericiləri məhv edən bütün maddələri pestisid adlandırmaq olmaz. Belə ki, pestisidlər bioloji cəhətdən aktiv, effektiv təsirediciliyə, həmçinin, canlılar aləminə, faydalı orqanizmlərə, ətraf mühitə ciddi mənada zərər toxundurmayacaq kimi xüsusiyyətlərə malik olur. 

 

Pestisidlərin Növləri

 

Pestisidlər formulasına, təyinatına, tərkibindəki aktiv maddələr qrupuna və s. kimi amillərə görə müxtəlif qruplara ayrılır.

 

  • İnsektisidlər: Həşəratlara qarşı istifadə edilir
  • Funqisidlər: Göbələklərə qarşı istifadə edilir
  • Herbisidlər: Alaq otlarına qarşı istifadə edilir
  • Molyuskosidlər: Zərərli ilbizlərə qarşı istifadə edilir
  • Rodentisid: Gəmiricilərə qarşı istifadə edilir
  • Nematisidlər: Nematodlara qarşı istifadə edilir
  • Akarisid: Gənələrə qarşı istifadə edilir

 

Pestisidlərin Tətbiq Formaları və Üsulları

 

Kənd təsərrüfatında pestisidlərin tətbiqi formaları və üsulları zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı effektiv və təhlükəsiz mübarizənin təmin edilməsində mühüm rol oynayır. Pestisidlər su ilə qarışdırıla bilən maye şəklində, suda asanlıqla həll ola bilən qranul, toz formasında və yaxud qaz formasında ola bilər. Bundan başqa müvafiq bitki qoruma vasitələri yarpaqlardan, havadan püskürtmə, çiləmə, torpaqdan, toxumlarla birgə və s. kimi üsullarla tətbiq edilir.

 

Pestisid Tətbiqi Zamanı Nələrə Diqqət Edilməlidir?


 

  • Etiket təlimatları ilə tanış olaraq, qaydalara əməl etmək mütləqdir
  • Sərin və küləksiz hava şəraitində tətbiq edilir
  • Mümkün qədər hədəfə yaxın püskürtmək vacibdir
  • Bitkilərin, torpağın sağlamlığı, ətraf mühitin çirklənməməsi, həmçinin, insan orqanizminə zərər toxundurmaması cəhətdən həddindən artıq pestisid tətbiqinə yol vermək olmaz
  • Suvarma yolu ilə pestisid tətbiq etmək üçün məhsulun üzərində yerləşdirilən tətbiq qaydalarına diqqət yetirmək vacibdir
  • Su quyularının, mənbələrinin yaxınlığında qarışdırmaq və tətbiq etmək tövsiyə olunmur
  • Pestisidləri tətbiq etməyəcəyiniz bitkilərdən və canlılardan uzaq yerdə saxlayın
  • Təbiətdə heyvanların yaşayış əraizləri, arı pətəklərinin olduğu və s. kimi yerlərdə pestisid tətbiq etməmək tövsiyə olunur
  • Pestisid tətbiqi zamanı əlcək, qoruyucu geyim və s. kimi fərdi mühafizə vasitələrindən istifadə edin
  • Tətbiqdən sonra müvafiq alətləri təmizləmək mütləqdir
  • Pestisid tətbiqi zamanı torpaq analizlərini həyata keçirmək, peşəkar aqronom məsləhəti dəstəyindən yararlanmaq sahələrin məhsuldarlığını və keyfiyyətini artırır, həmçinin, torpağın sıradan çıxmasının qarşısını alır.

 

Qeyd edək ki, gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizə ödənişsiz aqronom məsləhəti xidmətindən yararlanmaq imkanı təqdim edir.

 

Pestisid Satışı

 

Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı, həmçinin, yaşayış ərazilərində zərərverici həşəratlara, gəmiricilərə, alaq otlarına, xəstəliklərə və s. qarşı effektiv təsirediciliyə malik bitki mühafizə vasitələrini kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.