Bizim Market Sayım üzrə mütəxəssis Son tarix 15 avq 2022 - Müraciət et

Namizədə olan tələblər:

  • Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;
  • Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
  • Pərakəndə sektorunda təcrübəli olmalı;
  • Komanda ilə işləmək qabiliyyəti;
  • Səbrli və nəzakətli;
  • İşgüzar və hədəfyönlü;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş haqqında məlumat:

  • Sayıma hazırlıq prosesində iştirak etmək;
  • Sayım prosesinin özündə iştirak etmək;
  • Oğurluq, mal əksikliyi və bu kimi mənfi halların aşkar olunması;
  • Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq.

İş şəraiti:

  • 6 günlük iş həftəsi  (ayın müəyyən günləri gecə növbəsi);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı 400 AZN+bonus.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər. Bizim Market Əmək haqqı hesablanması üzrə mühasib Son tarix 15 avq 2022 - Müraciət et

İş haqqında məlumat:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
  • İşçilərin əmək haqqılarının hesablanması və mühasibat uçotunda əks etdirilməsi;
  • Əmək haqqı ilə bağlı DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
  • Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
  • Təhtəlhesab şəxslərlə hesablaşçalarının sənədləşdirilməsi və uçotda əks etdirilməsi;
  • Müqavilələrin reestrinin aparılması və s.

Namizədə olan tələblər:

  • Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını bilməli;
  • 1C proqramında işləmə bacarmalı;
  • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.

Təminatlar:

  • Əmək haqqı 800 AZN +
  • Nahar yeməyi təmin edilir
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər Bizim Market E-commerce üzrə kontent meneceri Son tarix 15 avq 2022 - Müraciət et

Vəzifə öhdəlikləri:

  • Sayta şəkilləri, məhsulları və digər məlumatları əlavə edib, redaktə etmək;
  • Website developerlərlə komanda halında işləmək;
  • Saytın funksionallığını və səmərəliliyini artırmaq məqsədi ilə developer qarşısında düzgün tapşırıqları təyin etmək;
  • Düzgün brif vermək;
  • Saytı təkmilləşdirmək üçün Google Analitycs-də məlumatların təhlilini etmək;
  • Saytı daimi monitorinq etmək;
  • Saytların hazırlanma prosesində iştirak etmək.

Tələblər:

  • Ali Təhsil;
  • Kontent menecer kimi minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlist yaza bilmək bacarığı;
  • Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) ;
  • Mətnin üzərində işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemlərin aşkar edilməsi və həlli yollarını tapmaq bacarığı;
  • İngilis dili və rəqəmsal marketinq bilikləri olanlara üstünlük verilir.

Şəxsi keyfiyyətlər:

  • Detallara diqqətli
  • Məsuliyyətli

İş şəraiti:

  • 5 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı razılaşma yolu ilə.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq, vakansiyaya müraciət edə bilərlər. Bizim Market Kassir Son tarix 15 avq 2022 - Müraciət et

İş haqqında məlumat:

  • Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
  • Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.

Namizədə olan tələblər:

  • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
  • Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
  • Riyazi bilik.

İş şəraiti:

  • 6 günlük növbəli iş qrafiki;
  • Şirkət hesabına nahar;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı 350 manat.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər. Bizim Market Satış məsləhətçisi (Novas Home) Son tarix 15 avq 2022 - Müraciət et

İş haqqında məlumat:

  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və düzgün məlumat vermək;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
  • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Namizədə olan tələblər:

  • Dürüstlük, dəqiqlik və satış qabiliyyəti;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Çevik, aktiv, gülərüz və məsuliyyətli;
  • Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • 6 günlük növbəli iş qrafiki;
  • Şirkət hesabına nahar;
  • Əmək haqqı 343 AZN + bonus;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.   Bizim Market Nəzarətçi Son tarix 15 avq 2022 - Müraciət et

İş haqqında məlumat:

  • Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
  • Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
  • Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
  • Kassirlərin düzgün işləməsinə nəzarət edir;
  • Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
  • Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
  • Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
  • Mağazanın açılışında və bağlanmasında iştirak edir

Namizədə olan tələblər:

  • Dürüstlük, dəqiqlik və çeviklik;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
  • Hərbi mükəlləfiyyətli;
  • Yaş həddi: 20 – 35 yaş;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır

İş şəraiti:

  • 6 günlük növbəli iş qrafiki;
  • Şirkət hesabına nahar;
  • Rəqabət yönümlü əmək haqqı;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Karyera yüksəliş imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.