Dəridəki hüceyrələrin öz vəzifələrini yerinə yetirmək üçün enerjiyə ehtiyacı olduğu bildirilir. 

Foodinfo.az xəbər verir ki, yaşlandıqca sərbəst radikallar, düzgün qidalanmamaq, yanlış istifadə edilən kosmetika, siqaret istifadəsi və xüsusilə günəşin zərərli təsiri və şəhərlərdə havanın çirklənməsi dəri hüceyrələrimizi zədələyir. Beləliklə, dərimiz aşınmaya, incəlməyə, ləkələnməyə, qırışmağa və sallanmağa başlayır. Bir sözlə, oksigen yoxdursa, həyat yoxdur, maddələr mübadiləsi işləmir, enerji dəri və bədən hüceyrələrinə getmir, hüceyrələr yenilənmir və beləliklə dərimizdə qocalma prosesi başlayır.

Etməli olduğunuz şey daha çox təbiətdə qalmaqdır. Təbiətdə olduqca hər şey yaxşılaşır, həm dərinizdə, həm də bədəninizdə. Enerji gəlir, depressiya gedir, dərinin cavanlaşması başlayır.

Dərimizin təbii oksigen qəbulu bədəndəki qan dövranını sürətləndirir və dərinin altında yığılan toksinlərin tez bir zamanda atılmasını təmin edir. Qara nöqtələri, sızanaqları aradan qaldırır. Bol oksigenin ən əhəmiyyətli təsiri hüceyrələrin qocalmasını gecikdirməkdir.

Belə ki, yaşlanma əlamətlərindən olan qırışlar, yaş ləkələri kimi problemlərin əmələ gəlməsini ləngidir. Hətta ləkələri işıqlandırır, yaşlanma ilə əlaqədar yaranan deformasiyaları aradan qaldırmağa kömək edir. O, həmçinin kollagen və elastin istehsalını artıraraq hüceyrələrin bərpasına kömək edir. Təbiət və bol oksigen dərinin hər cəhətdən ehtiyacını qarşılayır və rahatladır.

Oksigen bədənin yanacağıdır. Bütün orqanların bütün funksiyalarını sağlam şəkildə yerinə yetirməsi üçün orqanizmin bol oksigenə ehtiyacı var. 

Ən əhəmiyyətlilərindən biri oksigenin bədən üçün vəzifəsi yağ yandırılmasını sürətləndirməkdir. Açıq hava idman fəaliyyətləri,qapalı məkan idman fəaliyyətlərinə nisbətən daha sürətli yağ yandırılmasını təmin edir.Bunun ən böyük amili bol oksigendir.

Sağlam həyat üçün təmiz havada çox vaxt keçirmək həm dərimiz, həm də bədənimiz üçün çox əhəmiyyətlidir. 

Hər fürsətdə təbiətə qaçmaq sizi daha məhsuldar edəcək. Daha xoşbəxt, daha sakit əhval-ruhiyyəyə sahib olmağa imkan verəcək və bütün bunlarla yanaşı, sizə daha sağlam bədən bəxş edəcək .