Bolqarıstan hökuməti ölkədə ərzaq qiymətlərini endirmək üçün işlərə başlayıb. Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. 


Müvəqqəti hökumətin iqtisadiyyat naziri Nikola Stoyanov bildirib ki, hədəf qiymətləri 20-30 faiz endirməkdir. 


Nazir qeyd edib ki, ölkədə Aİ və Bolqarıstandakı qiymətlərin müqayisəli şəkildə təqdim edildiyi sayt istifadəyə veriləcək.

Onun sözlərinə görə, 2022-ci ildə gəlirlərdəki ifrat artım inflyasiyanın artmasına da səbəb olub.

Leyla