Acı qidaların orqanizmə təsiri ilə bağlı maraqlı nəticələr əldə olunub. Xüsusilə acı bibərin tərkibində olan maddələrin metabolizmə təsiri diqqət çəkir.

Foodinfo.az WebMD saytına istinadla xəbər verir ki, dietoloq Dr. Kevin Hall-un sözlərinə görə, acı bibərdə olan kapsaisin maddəsi bədənin istilik istehsalını artırır və kalori yandırılmasını sürətləndirir. Bu isə arıqlama prosesinə müsbət təsir göstərir.

Araşdırmalar göstərir ki, acı qidalar iştahanı da müəyyən qədər azaldır və toxluq hissini uzadır. Bununla yanaşı, kapsaisin ürək-damar sisteminə də faydalı təsir göstərə bilər.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, mədə problemi olan şəxslər acı qidalardan ehtiyatla istifadə etməlidir.