Probiotiklərlə zəngin məhsulların sağlamlığa təsiri getdikcə daha çox təsdiqlənir. Kefir isə bu sahədə ən faydalı içkilərdən biri kimi ön plana çıxır.
Foodinfo.az Mayo Clinic saytına istinadla xəbər verir ki, qastroenteroloq Dr. Lisa Young bildirir ki, kefir bağırsaq mikroflorasını bərpa edir və zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Bu isə immun sisteminin güclənməsinə səbəb olur.
Araşdırmalar göstərir ki, müntəzəm kefir istehlakı həzm problemlərini azaldır və orqanizmin qida maddələrini daha yaxşı mənimsəməsinə kömək edir. Bundan əlavə, kefir sinir sisteminə də müsbət təsir göstərir.
Mütəxəssislər təbii və qatqısız kefirin seçilməsini tövsiyə edir. Gündəlik istifadə ən yaxşı nəticəni verir.






