Pəhrizinizi çox miqdarda oksalat olan qidalarla məhdudlaşdırmalısınız. Foodinfo.az bildirir ki, bunlara ispanaq, qoz-fındıq, kartof qızartması, çips, çuğundur, turşəng, kəpək və şokolad daxildir.

Belə ki, tərkibində çoxlu miqdarda kalsium olan süd məhsulları ilə ehtiyatlı olmaq lazımdır ki, bu da urolitiyaz riskini artırır.

Həmçinin, ət və qaraciyərdən çox istifadə etməyin. Bu qidalar sidik turşusu istehsalını təşviq edən purinlərlə zəngindir.

Bu, böyrəklərə yükü artırır və daşların əmələ gəlməsinə də səbəb ola bilər.