Elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərli hesab edilsə də, sağlamlığa ciddi təsirləri var. 

Foodinfo.az xəbər verir ki, tərkibindəki nikotin asılılıq yaradır, ürək-damar sisteminə mənfi təsir göstərir və yüksək təzyiq riskini artırır.  

Elektron siqaretlərdə olan kimyəvi maddələr, xüsusilə propilen qlikol və qliserin tənəffüs yollarında qıcıqlanma, öskürək və hətta ağciyər zədələnməsinə səbəb ola bilər.

Bəzi hallarda onların buxarı toksinlər və ağır metallar ehtiva edir ki, bu da uzunmüddətli istifadə zamanı ciddi sağlamlıq problemlərinə, o cümlədən xərçəng riskinə yol aça bilər.  

Eyni zamanda, elektron siqaretlər yeniyetmələr arasında nikotin asılılığını artırır və onların beynin inkişafına mənfi təsir göstərir. 

Hamiləlik dövründə istifadəsi isə dölün sağlamlığı üçün çox zərərlidir. Uzunmüddətli istifadənin təsirləri tam bilinməsə də, risklərin yüksək olduğu məlumdur.