Araşdırmalar göstərir ki, əncir sağlamlığa böyük fayda verən qidalarla zəngindir.
Foodinfo.az xəbər verir ki, diyetoloq Melissa Nieves bu meyvəni yeməyin faydalarını sadalayıb.
Əncirin tərkibində həzmə faydalı təsir göstərən lif və prebiyotiklər çoxdur. Bəzi araşdırmalar göstərir ki, dadlı meyvə yüksək qan təzyiqi və xolesterin səviyyəsini aşağı salmaqla ürək sağlamlığını yaxşılaşdıra bilər.
Qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir. Alimlər hesab edirlər ki, yüksək lif tərkibi şəkərin qana udulmasını ləngidir.
Xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilər. Bu, əncirin tərkibində antioksidantların olması ilə bağlıdır.
Məhsulun tərkibindəki dəmir saç tökülməsinin qarşısını alır, antioksidantlar isə dərinin görünüşünü yaxşılaşdırır və kollagenin parçalanmasını azaldır. Əncir osteoporozun qarşısını ala bilən kalium və kalsium mənbəyidir.
Meyvədəki antiinflamatuar və antioksidant maddələr sitokinlər kimi tanınan iltihaba səbəb olan birləşmələrlə mübarizə apara bilər.