Azerbaijan SuperMarket

Bəyannamələr üzrə mütəxəssis

Son tarix 25 iyl 2023 - [email protected]

Şöbə: Gömrük və beynəlxalq logistika

Yerləşmə: Baş Ofis

Vəzifə öhdəlikləri:

Elektron poçtla gömrük bəyannamələrinin vaxtında doldurulması və elektron imza ilə təsdiqlənməsi. 

Xüsusi gömrük rüsum və vergilərin hesablanması, idxal giriş bəyannaməsinin hazırlanması, yük gömrük bəyannaməsinin doldurulması üçün zəruri olan sənədlərin logistika komandasından, maliyyə sənədlərinin maliyyə komandasından alınması 

Yükləri HS koduna görə qruplaşdırılması, digər dövlət idarələrindən idxal üçün tələblərin yoxlanılması. 

Bəyannamələrdəki xərclərin (əməliyyat haqqı, idxal, ƏDV, aksiz, elektron xidmət haqqları və sair) diqqətlə yoxlanılması və dəqiq sistemə əlavə edilməsi.

Namizədə dair tələblər:

Ali təhsil

1 ildən 3 ilə qədər bəyannaməçi kimi iş təcrübəsi

MS Ofis proqramlarında işləmək bacarığı

Gömrük haqqında biliklərə sahib olmaq

Gərgin iş rejimində işləmək bacarığı 

Ehtiyac olduğu halda qeyri-iş saatlarında iş prosesinə dəstək olmaq

Rus və ingilis dilləri üzrə biliklərə sahib olmaq üstünlük təşkil edir.

Maraqlanan namizədlər email ünvanına “Bəyannamələr üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.