Bu il Azərbaycandan 1980 baş at ixrac olunub. Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkə indi atlar arasında manqo xəstəliyindən azad status əldə edib: "Əvvəl bu xəstəliklə əlaqədar atların ixracına icazə verilmirdi. Artıq bu xəstəliklə bağlı atlar arasında stabillik əldə olunub".