
Bu il üçün Azərbaycana idxal olunmuş bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlara dair ixracatçı ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən
Foodinfo.az-a verilən məlumata görə,
Ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə
55 bildiriş göndərilib.
Bunlardan:
- Rusiya Federasiyasına
- 52
- İran İslam Respublikasına
- 1
- Gürcüstan Respublikasına
- 1
- İspaniya Krallığına
– 1
Notifikasiya göndərilən məhsulları idxal edən subyektlər:
- "
A+CO" MMC – 6 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya aşkar olunub);
- F/ş Mirzəyev İsgəndər – 11 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
- "
Dəvəçi Dəyirman" MMC – 7 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda sürünən kəkrə aşkar olunub);
- “Avrora” MMC – 27 (Rusiya federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
- "Nadir Quliyev adına Bakı Taxıl" ASC- 1 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada yovşanyarpaqlı ambroziya aşkar olunub);
- “Güllü-80 MMC- 1 (İran İslam Respublikasından idxal edilən kartof məhsulunda kartof güvəsi aşkar olunub);
- F/ş Musayev Ədalət – 1 (Gürcüstan Respublikasından idxal edilən toxumluq kartofda kartof gövdə nematodu aşkar edilib);
- “Green Tech” MMC – 1 (İspaniya Krallığından idxal edilən pomidor toxumlarında pomidorun qonur qırışıqlıq virusu aşkar olunub).