2022-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycana 40 milyon 709 min dollar dəyərində 48 min 190 ton düyü idxal edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə düyü idxalı dəyər ifadəsilə 28,2%, miqdar ifadəsilə 10% artıb. 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 31 milyon 760 min dollar dəyərində 43 min 824 ton, 2021-ci ilin 12 ayı ərzində isə 33 milyon 924 min dollar dəyərində 46 min 765 ton düyü idxal edilmişdi