Moruq mürəbbəsinin sağlamlığa faydaları həddən artıq şişirdilir, amma dondurulmuş və ya qurudulmuş moruq barədə eyni sözü demək olmaz.
Foodinfo.az xəbər verir ki ki, diyetoloq Yuliya Xoxolkova Sankt-Peterburq telekanalına müsahibəsində bu giləmeyvədən maksimum fayda əldə etməyin yollarını izah edib.
Moruq ən faydalı və populyar yay giləmeyvələrindən biridir, immuniteti gücləndirir, əhval-ruhiyyəni qaldırır və damarların işinə kömək edir. Bununla belə, qidalanma mütəxəssisi xəbərdarlıq edib ki, məhsul təzə olarkən bütün xüsusiyyətlər qorunur. Lakin bişirildikdə və ya konservasiya olunduqda giləmeyvə ətirini və dadını saxlasa da, faydalarından məhrum olur. Odur ki, ekspert soyuqdəymə üçün mövsümdə təzə moruq yeməyi, payız-qış dövründə isə təzə dondurulmuş və ya dondurulmuş və qurudulmuşdan istifadə etməyi məsləhət görür.
“Moruq mürəbbəsi giləmeyvənin bütün faydalı təsirinin demək olar ki, itirilmiş versiyasıdır. Soyuqdəymə ilə mübarizədə moruq mürəbbəsinin rolu həddən artıq şişiridilir, lakin onu dondurulmuş və ya qurudulmuş şəklində istifadə etmək daha yaxşıdır”, - mütəxəssis qeyd edib.