Alma sirkəsi almaların fermentasiya prosesindən keçməsi ilə əldə edilir. İlk növbədə tətbiq olunacaq alma sirkəsinin tərkibində kimyəvi maddələr və konservantlar olmamalıdır, üzvi şəkildə yetişdirilən almalardan alınmalıdır.

Bəs alma sirkəsinin dəri üçün hansı faydaları var?

 Foodinfo.az alma sirkəsinin dəri üçün faydalarını təqdim edir:

Günəş ləkələrini və yaşa bağlı ləkələri azaltmağa kömək edir.

Ölü dərini aşındırmağa kömək edir.

Dərinin təbii PH-ni balanslaşdırır.

Sızanaq və sızanaq izlərinin aradan qaldırılmasında faydalıdır.

Açıq məsamələri azaltmağa kömək edir.

Baş dərisindəki kəpəkləri yox etməkdə təqsirlidir.

Tonik kimi istifadə üçün 1-2 xörək qaşığı üzvi alma sirkəsi 1 l suya əlavə edilir və pambığın köməyi ilə üzə çəkilir.

 Sızanaqlar və ləkələr üçün seyreltilmiş orqanik alma sirkəsi pambığın köməyi ilə üzə çəkilir. Dərinin yağlılığını azaldır. Həssas dərisi olanlar bu prosedurları 2 gündən bir etməli və allergik reaksiya olduqda dərhal dayandırmalıdırlar. 

Alma sirkəsi ayaqlarda olan kallus və ziyillərə qarşı istifadə edilə bilər. Ayaq 1/3-i alma sirkəsi olan ilıq suda 20 dəqiqə saxlanılır, sonra yaxşıca qurudulur. Üzvi alma sirkəsi ilə nəmlənmiş cuna həmin nahiyəyə sarğı şəklində bükülür və bir gecə saxlanılır. Bununla təsirlənmiş bölgə yumşalır və yox olur.