Azərbaycana idxal edilən buğdanın qiyməti son bir neçə ayda enməkdədir. Ötən ildən başlayaraq ölkəyə gətirilmiş buğdanın bahalaşması fonunda unun və çörəyin qiymətinin artdığını nəzərə alanda ucuzlaşma da əks proses haqda fikir yürütməyi zəruri edir.
Bəs real vəziyyət necədir, bu səbəb unun və çörəyin ucuzlaşmasına gətirib çıxara bilərmi?
Foodinfo.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq statistik göstəricilər əsasında aparılan hesablamalara əsasən, iyul ayından başlayaraq ölkəyə idxal olunan buğdanın qiyməti enməkdədir. Belə ki, ötən ildən başlayaraq artan qiymət bu ilin iyun ayında ən yüksək həddə - bir tonu orta hesabla 419,24 ABŞ dollarına yüksəlsə də, sonrakı aylarda enməyə başlayıb. Sentyabr ayında ölkəyə idxal edilmiş bir ton buğdanın orta qiyməti iyun ayı ilə müqayisədə 20,1 faiz azalaraq 334,79 ABŞ dolları olub. Sentyabr ayındakı orta qiymət mart ayından sonra ən aşağı göstəricidir.
“Taxıl dəhlizi” sazişinin qiymətə təsiri nəticəsində buğdanın ucuzlaşmaqda davam edəcəyi gözlənilə bilər, amma... Söhbət ondan gedir ki, Rusiyanın Ukraynaya raket zərbələrinin “Taxıl dəhlizi” sazişini təhdid etməsi fonunda Çikaqo əmtəə birjasında buğdanın son üç ayın ən yüksək həddinə yüksəlməsi ucuzlaşmanın davam edəcəyi gözləntisini risk altına alır.
müqayisədə isə 14,9 bənd (11,2 faiz) çoxdur. Qurum sentyabr ayında buğdanın bahalaşmasını “Taxıl dəhlizi” sazişinin noyabr ayından sonra davam etdirilməsi ilə bağlı artan qeyri-müəyyənliklə bərabər, Argentina və ABŞ-da hava şəraitinin yaratdığı narahatlıqlar, eləcə də Avropa İttifaqında tələbatın artması ilə izah edib. Hərçənd ki, “Taxıl dəhlizi” razılaşmasının noyabrdan sonrakı “taleyi” ilə şübhələrin kökündə Ukraynadan çıxan taxıl məhsullarının əsasən Avropa ölkələrinə göndərilməsi dayanır.
İstənilən halda Azərbaycanın buğda idxalının son üç aylıq, o cümlədən sentyabr ayının göstəriciləri onu deməyə əsas verir ki, sözügedən hadisələr yerli təchizata əngəl törətməyib. 9 ayda idxalın az qala yarısı - 47,5 faizi son üç ayın payına düşüb. Təkcə sentyabr ayında buğda idxalının həcmi ümumi idxalın 27,5 faizini təşkil edib. Başqa sözlə, mövsümdən əlavə, qiymətin əlverişli olması idxalın əsas hissəsinin bu müddətdə reallaşmasına imkan verib. Bu baxımdan buğda idxalında sonrakı dövrdə baş verəcəkləri təxmin etmək üçün Azərbaycanın əsas tədarükçüsü olan Rusiyaya fokuslanmaq daha məqsədəuyğundur.
Əvvəlcə ondan başlayaq ki, Rusiyanın buğda ixracında çətinliklər yaranıb. Nəticədə cari ilin iyul-avqust aylarında buğda satışı əvvəlki ilin eyni dövrünə nisbətən 22 faiz azalıb. Rusiya mediasının məlumatına görə, təkcə dünyanın 35-dən çox ölkəsinə məhsul satan Rusiyanın “Rusagro Group” şirkətinin buğda satışı bu ilin üçüncü rübündə 56 faiz azalıb. “Bloomberg” agentliyi vurğulayır ki, qida məhsulları sanksiyalara məruz qalmasa da, bəzi banklar və gəmiçilik şirkətlərinin Rusiya ilə iş görməkdən yayınırlar.
Ancaq ixraca çətinlik yaradan təkcə banklar və gəmiçilik şirkətləri deyil. TASS-ın kənd təsərrüfatı bazarlarının öyrənilməsi üzrə ixtisaslaşan “Sovecon” şirkətinə istinadən yaydığı məlumata görə, səbəb cənub bölgəsi üzrə ixrac rüsumlarının artması və rublun möhkəmlənməsi, digər regionlarda isə tələbin nisbətən aşağı olması fonunda təklifin yüksək olmasıdır.
orta qiyməti iyunda qeydə alınmış ən yüksəklə müqayisədə sentyabrda 20,1 faiz azalsa da, 50 kiloqramlıq bir kisə unun qiyməti 1,7 faiz enib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və çörək məmulatlarının qiyməti sentyabr ayında əvvəlki ayla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdədir.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir