Biz adətən hər yemək və içkiləri soyuducuya qoymağa üstünlük veririk. Ancaq bəzi qidalar heç vaxt soyuducuya qoyulmamalıdır. Çünki bu qidalar soyuducuda saxlandıqda üzvi xüsusiyyətlərini itirir və dərhal xarab olur. Onlar hətta bakteriya törədə bilirlər. Bu qidaların xarab olduğunu başa düşmək demək olar ki, qeyri-mümkün olur.

 Foodinfo.az xəbər verir ki, bədəninizin sağlamlığını qorumaq üçün balanslı və sağlam qidalanmaq lazımdır. Bununla belə, istehlak etdiyiniz hər bir qidanın saxlanma şəraitinə də diqqət yetirməlisiniz. Çünki bəzi qidalar var ki, onları heç vaxt soyuducuya qoymaq olmaz. Bu qidalar soyuducuda saxlandıqda orqanizm üçün təhlükəli ola, xəstəliklərə səbəb ola bilər. Həmin qidalardan bəzilərini təqdim edirik:

 Qəhvə 

Qəhvəni soyuducuda saxlamaq son dərəcə yanlışdır. Sevərək istehlak edilən qəhvə soyuducuya daxil olduqda zamanla onun dadı pisləşir. Soyuducunun soyuqluğu və rütubəti qəhvənin həm dadını, həm də görünüşünü korlayır.

 Sarımsaq 

Sarımsaq orqanizm üçün şəfa mənbəyidir. Ancaq antibakterial təsirə malik sarımsaq soyuducuda 2 gün saxlandıqda bakteriya əmələ gətirir. Bakteriya əmələ gətirən sarımsaq bədəninizi zəhərləyə bilər.

Kartof 

Sevərək istehlak edilən və dadından doyulmayan kartof soyuducuda saxlandıqda az qala zəhərə çevrilir. Soyuducuda bir gündən çox qalan kartof pisləşir, lakin onların görünüşü eyni qaldığı üçün xarab olduğunun fərqinə varmırıq. 

Pomidor

İllərdir hər kəsin bildiyi yanlış fikirlərdən biri də pomidorun xarab olmaması üçün soyuducuya qoyulmasıdır. Əslində, pomidor soyuducuya qoyulduqda, soyuq hava səbəbindən üzvi quruluşu pozulur. Qabıqları qırışmış pomidorlarda bakteriya əmələ gəlməyə başlayır və istehlak edilən bu pomidorlar həzm xəstəliklərinə səbəb olur.