Yay aylarının gəlməsi ilə güvə kəpənəkləri xüsusilə evdə və mətbəxdə görünməyə başlayır. Güvələri evdə bir çox yolla tapmaq olar. Paltar güvələri çox vaxt paltarın içində və ya ətrafında əmələ gəlir. Kiler güvələri mətbəx şkaflarında, çəkməcələrdə və ya kilerlərdə olur. Güvələr asanlıqla qapılardan, pəncərələrdən, boşluqlardan və ya çatlardan içəri girə bilər. Bu üsulla siz güvə əmələ gəlməsinin qarşısını alacaq və evdəki güvələri məhv edə biləcəksiniz.
Foodinfo.az xəbər verir ki, bu təbii vasitələrin ən yaxşı tərəfi odur ki, onlar təkcə güvə probleminizi aradan qaldırmır. O, həmçinin heç kimin evində istəmədiyi qumböcəyi, tarakan, qulaqcıq və digər həşəratları dəf edə bilər.
Bir neçə fərqli efir yağları evdə güvələrdən qurtulmaqda çox təsirlidir. Səndəl ağacı, sidr ağacı, ətirşah, mixək, nanə, qreypfrut, portağal çiçəyi, berqamot, evkalipt və lavanda ətirli yağlar evdə güvə əmələ gəlməsinin qarşısını alan yağlardır. Bu yağlardan 1 xörək qaşığı götürün və sprey şüşəsinə tökün. Üzərinə bir az su və gül suyu əlavə edin. Püskürtmədən əvvəl silkələyin.
İstəyirsinizsə, sprey şüşəsi əvəzinə, şkaf rəflərinin ətrafına yerləşdirilən pambıq topların üzərinə birbaşa efir yağlarından istifadə edə bilərsiniz. İstədiyiniz yağı pambıqların üzərinə damlatın. Sonra hər rəfə və hər bankanın arasına qoymaqla güvə əmələ gəlməsinin qarşısını ala bilərsiniz.