Saç tökülməsi həm kişilərin, həm də qadınların ümumi problemidir. Saçlarınız hər hansı bir xəstəlik səbəbiylə tökülmürsə, sirkənin gücündən yararlana bilərsiniz. Sirkə 15 gündə saçlara təsir edir.

 Foodinfo.az bildirir ki, saçınızı yuduqdan sonra son durulama suyuna sirkə əlavə edin və saçınıza tökün. Qoxudan qorxmaq lazım deyil. Çünki adətən qoxusu gəlmir. Yalnız diqqət etməli olduğunuz bu prosesi mütəmadi olaraq tətbiq etməkdir. 15 gündən sonra saç tökülməsinin azalacağını görəcəksiniz.

Stress, vitamin çatışmazlığı və müxtəlif xəstəliklər saç tökülməsinin səbəblərindəndir. Bu səbəbdən bu cür həll yollarından fayda görməyənlər mütləq həkimə müraciət etməlidir.

Sirkədən istifadə etmək istəməyənlər saç tökülməsinə qarşı şampuna lavanda və şam skipidar yağı da əlavə edə bilərlər.

Hər bir mövcud saç telinin bir həyat dövrü var. Hər bir saç teli 4-6 il yaşayır, sonra istirahət edir və tökülür. Saçların bu şəkildə tökülməsi son dərəcə təbii prosesdir və gündə 50-100 tel saç tökülməsi normal hesab olunur.

Bu saydan çox tökülürsə, vanna qəbul edərkən tökülən tüklərin miqdarı artıbsa və ya yuyulmuş və qurudulmuş saçları əllə daradıqda həmişəkindən daha çox tökülürsə, bu vəziyyət ciddiyə alınmalıdır. Saç tökülməsinin müxtəlif səbəbləri ola bilər. Əhəmiyyətli olan bu səbəbi müəyyən etmək və müvafiq müalicəni təyin etmək lazımdır.

Saç tökülməsi yaşayan insanlarda aşağı protein və amin turşuları müşahidə olunur. Bu səbəbdən qidalanma vərdişləri saç tökülməsinə təsir edən amillər arasındadır. Xüsusən də aşağı kalorili pəhrizdə olanlar yağ turşuları və sink kimi vacib qidalardan məhrum ola bilərlər.