Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy elementki kəskin çatışmır.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Li Holmz konkret qidaları arzulayıb, çox yeməyin səbəblərini açıqlayıb.
Avstraliyalı dietoloq orqanizmdə mikroelement çatışmazlığı zamanı insanın şirniyyat, duzlu qidalara həvəsi artır.
“Çox zaman biz orqanizmimizə ona lazım olanları vermirik. Ona görə o üsyan edərək, bizi məcbur edirik ki, tələb etdiyini yeyək. Təbii ki, şirniyyat və duzlu qidalar digər tərəfdən zərərlidir.
Ona görə hər hansı qidaya çox meyl etmənizin səbəbini axtarıb, onu bərpa edin. Əgər siz maqniy, dəmir, kalsiy, sink defisitini aradan qaldırsaz, şirniyyat yemək istəyi itəcək.
Duzlu qida tələbatı, şorabaları balonla yemək istəyi elektrolit balansının pozulmasıdır. Sizdə kaliy, natriy çatışmır. Qazlı içki arzusu kalsiy çatışmazlığında, ət, kabab istəyi qanazlığı, kəskin dəmir defisitində olur.
Orqanizmin siqnallarına qulaq kəsilin, defisitləri bərpa edin. Qazlı içki əvəzinə kalsiylə zəngin süd, yoqurt, sümük suyu için, brokkoli yeyin”.