Türkiyədə zəlzələdən zərərçəkmiş insanlar üçün yardım kampaniyasına Cəlilabad skautları da qoşulub.
Foodinfo.az xəbər verir ki, artıq bir neçə gündür ki ölkənin müxtəlif bölgələrində Türkiyədə zəlzələdən zərərçəkmiş insanlar üçün yardım kampaniyaları başlayıb. Azərbaycan Skautlar Assosiasiyası da bu kampaniyaya qoşulub. Belə ki, təşkilatın Bakı şəhəri yerləşən baş ofisi bir müddət həm də zəlzələdən zərərçəkənlər üçün yardım məntəqəsi kimi fəaliyyət göstərəcək. Prosesin optimallaşdırılması və səmərələşdirilməsi məqsədilə Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət göstərdiyi 14 rayon və şəhərlərdə ( Bakı, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, Göygöl, Xaçmaz, Qax, Quba, Lənkəran, Salyan, Şəki, Tovuz və Yevlax) yardım dayaq məntəqələri formalaşdırılıb.
Cəlilabad skautları bu kompaniyada fəal iştirak edirlər. Belə ki, ilk gündən bu barədə elan verərək toplama məntəqəsi haqqında məlumatlar paylaşıblar. Rayonun müxtəlif istiqamətlərindən, xüsusilə Günəşli, Alar və ətraf kəndlərdən yardım gətirən insanların sayı hər gün artır. Cəlilabad skautları gətirilən yardımları kişi, qadın, uşaq geyimləri, qida, gigiyena vəsaitləri və s. növlərdə qablaşdırır.
[gallery ids="53617,53618,53619,53620,53621,53622,53623,53624,53625"]