“Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə Türkiyədə heç bir şəhərin havası təmiz deyil.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. 

Türkiyənin Təmiz Hava Hakkı Platformasından bildirilib ki, hava çirkliliyi təkcə fiziki deyil, həm də psixi sağlamlığa təsir göstərir.Qeyd olunur ki, havanın tərkibindəki zərərli maddələr sinir sistemini zədələyir, beyinə ağır xəsarət yetirir. 

Bu amilin həmçinin intihar düşüncəsi və təşəbbüsü ilə əlaqəsinin olduğu bildirilir.  

Havanın çirkli olmasını tez əsəbiləşməyə və heç nədən zövq almamağa, açıq havadakı fəaliyyətlərin azalmasını gətirib çıxarır.

Fərid