Dağıstan müəssisələri 2023-cü ildən Azərbaycana "Kizlyar" bıçaqları və ət məhsullarının ixrac etməyə başlayacaqlar. Foodinfo.az xəbər verir ki, bu barədə Regional İxraca Dəstək Mərkəzindən bildirilib. “Azərbaycandan işgüzar missiyanın Dağıstana səfəri çərçivəsində mal və xidmətlərin ixracına dair ilk müqavilələr bağlanıb. "Kizlyar" müəssisəsindən Dağıstan bıçaqlarının və "Kizlyar Uritski Ət Kombinatı" tərəfindən istehsal olunan ət məhsullarının yeni ildən Azərbaycana ixracına başlanacaq”, - deyə mərkəzin Telegram kanalında bildirilir. Qurumun məlumatına görə, həmçinin, nümayəndə heyəti Dağıstan limonadları və şirələrinin tədarükü ilə bağlı razılığa gələ bilib. 2021-ci ildə Dağıstanla Azərbaycan arasında ixracın həcmi təqribən 8 milyon dollara çatıb, Azərbaycana dondurulmuş və hisə verilmiş balıq, quzu əti, təbii şirələr, meyvə və tərəvəz göndərilir.