Saatlı rayonunda kütləvi zəhərlənmə olub. Foodinfo.az xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zəhərlənən şəxslər bunlardır: Nurəngiz Şövkətova – 1985 Zilan Şövkətova – 2007 Səlamət Qəhrəmanova – 1961 Arzu Qəhrəmanova – 1987 Zamirə Qhərəmanova – 1988 Aygün Şəvgiyeva – 1995 Ayşəgil Qəhrəmanova – 2000 Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən "Bolmart" supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.