Daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi ilə bağlı tədbirlər gücləndiriləcək.
Foodinfo.az xəbər verir ki, bu barədə İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun ilk iclasında bildirilib.
Qeyd edilib ki, sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi iclasda geniş müzakirə olunub