Geniş istifadə sahəsinə malik olan dəfnə yarpağı, yeməklə yanaşı, alternativ təbabətdə və yandırıldıqda bəd nəzərlərə qarşı istifadə edilir. 

Yanan yarpaqdan çıxan dumanı birbaşa udmaq əvəzinə, yarpağı qabla birlikdə otağın ortasına qoya bilərsiniz. Beləliklə, tüstü əvvəlcə bütün otağa, sonra isə bütün evə yayılacaq. Bu, evin bütün enerjisini cəmi 10-15 dəqiqə ərzində dəyişməyə imkan verəcək.

 Foodinfo.az bu yazıda dəfnə yarpağı yandırmağın əhəmiyyətini təqdim edir:

1- Depressiya riskini azaldır:

Mütəxəssislərin fikrincə, həftədə bir və ya iki dəfə dəfnə yarpağı yandırmaq depressiyaya səbəb olan narahatlıq əlamətlərini iki dəfə azalda bilər. Aloe vera kimi dəfnə yarpağı da evdəki pis enerjini aradan qaldırır və insanları daha xoşbəxt hiss etdirir.

2- Bədən müqavimətini artırır:

Mis, kalium və kalsiumla zəngin olan dəfnə yarpaqları qrip, soyuqdəymə, bronxit kimi qış xəstəliklərinin riskini azaldır. İmmunitet sistemini gücləndirir. Qrip zamanı dəfnə yarpağı yandırmaq xəstəlikdən çox daha qısa müddətdə xilas olmağa kömək edir.

3- Anksiyete pozğunluqlarına yaxşı gəlir:

Evdə dəfnə yarpağı yandırmaq ürək döyüntüsü, daimi panika və insanlardan uzaq olmaq istəyi kimi əlamətlərlə ortaya çıxan narahatlıq pozğunluğuna da yaxşı gəlir. Dəfnə yarpağı yanarkən çobanyastığı və ya şüyüd çayı kimi sakitləşdirici təsir göstərən bitki çayları içmək olar.

4- Migren ağrılarını aradan qaldırır:

Dəfnə yarpağının ən böyük məlum faydalarından biri xroniki baş ağrılarını aradan qaldırmasıdır. Ancaq sinüzitdən əziyyət çəkən insanlar həftədə 2 və ya 3 dəfə dəfnə yarpağı yandırmaqla da qısa müddətdə baş ağrısı şikayətlərindən xilas ola bilərlər.

5- Yuxu problemlərinə yaxşı təsir edir:

Dəfnə yarpağının qoxusu insanı rahatladır. Yuxuya getməkdə çətinlik çəkən insanlara dərindən yatmağa kömək edir.

DƏFƏ YAPRAQININ SAÇ VƏ DƏRİ ÜZƏRİNƏ NƏ FAYDALARI VAR?

1- Dəfnə yarpağının dəri üçün faydaları:

Dəfnə yarpağı dəriyə qulluqda da geniş istifadə olunur. Onun yarpaqlarından hazırlanan maska stress və narahatlıq kimi həm fiziki, həm də psixoloji faktorlar səbəbiylə meydana gələn sızanaqları aradan qaldırmaqda təsirli olur. Ölü hüceyrələri təmizləyir və dərinin nəfəs almasını təmin edir. Hüceyrələrin çox daha qısa müddətdə yenilənməsinə imkan verdiyi üçün qıcıqlanmış bölgələrə yaxşı təsir edir.

Həftədə iki dəfə dəfnə yarpağı maskası etmək püstül və papül adlanan iltihablı sızanaqları qurudur. Bakteriyaları ölü hüceyrələrlə birlikdə təmizlədiyi üçün qara nöqtələrin yaranmasının qarşısını alır.

2- Dəfnə yarpağının saç üçün faydaları:

Hər 2 gündən bir dəfnə yarpağı ilə saçlarını yuyan insanların saçları daha sürətli uzanır. Həm kişilərin, həm də qadınların istifadə etdiyi dəfnə yarpağı saç dərisini qidalandırdığı üçün kəpək probleminə də çarə olur.