Düşüncələri ifadə edə və düzgün sözləri seçə bilməmək demensiyanın ilkin əlamətlərindən biridir.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə nevroloq Arif Dalvi danışıb.
Həkim deyib ki, demans ən çox yaddaş itkisi və çaşqınlıqla əlaqələndirilir, lakin bu simptomlar sonrakı mərhələlərdə, müalicənin təsirinin azalması ilə özünü göstərir. Dalvi qocalıq demansının ilk əlamətlərini təsvir edib:
"Nitqdə çətinliklər, o cümlədən sözləri tapmaq, düzgün cümlə qurmaq və ya fikirləri ifadə etmək qabiliyyəti yaddaş itkisindən çox əvvəl özünü göstərə bilər".
Nevroloq vurğulayıb ki, nitqlə bağlı problemlər hərdən yox, daim görünsə, xəbərdarlıq edilməlidir.
"Şəxsiyyətdə və ya əhval-ruhiyyədə izahat olmadan qəfil dəyişiklik də həyəcanverici olmalıdır", deyə Dalvi vurğulayıb.
Həkim xəbərdarlıq edib ki, demans hər yaşda görünə bilər, lakin 65 yaşdan sonra risk dəfələrlə artır. Dalvi xəstəliyin sağalmaz olmasına baxmayaraq erkən müalicə olunarsa, xəstəliyin ləngiyə biləcəyini deyir.