Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərərlidir.
Foodinfo.az xəbər verir ki, nutrisoloq İrina Mansurova köhnə dəmi içmək vərdişinin təhlükəli olduğunu bildirib.
"Köhnə dəmdə patogenlər və göbələklər yaranır. Çayın düzgün içilmə sxemi - təzə dəmləyib, 10 dəqiqədən sonra içmək və ən çoxu 1-2 saat saxlamaqdır. Bir sutka qalan çayda heç bir faydalı təsir qalmır.
Yaşıl və ağ çay 80 dərəcə qaynar su, qara çay 95 dərəcə suda dəmlənir. 1-2 saatdan sonra artıq qalan dəm atılmalı, yenisi dəmlənməlidir".