Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəniz suyunun təmizlənib içməli su halına gətirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Foodinfo.az xəbər verir ki, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov ETSN-nin feysbuk hesabında keçirilən “Ekspert saatı”nda danışıb. O qeyd edib ki, hələ ki bununla bağlı real olaraq layihə həyata keçirilməyib. Gələcəkdə hansısa təşəbbüs olarsa, dövlət investisiyası çərçivəsində mümkün ola bilər. Verilişdə, həmçinin qeyd edilib ki, dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi ilə bağlı məsələyə hazırda baxılır: “Hələ ki məsələ layihə səviyyəsindədir və müzakirələr davam etdirilir”.