Piqment ləkələr dərinin ciddi tündləşməsidir. Bu həddən artıq çox melanin sintezi ilə əlaqədardır.
Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, endokrinoloq Olqa Pavlova piqment ləkələrin təbiətini izah edib.
"Adətən bu ləkələr gün altında çox olanlar və dəriləri tez qaralanlarda olur. Ona görə piqmentasiyasının əsas səbəbi gün işığı, solyaridir.
Orta yaşda piqmentasiya daha qabarıq üzə çıxır, ona görə 30 yaşdan sonra hər gün gündənqoruyucu SPF kremlər çəkməliyik.
Hormonal fonda baş verən pozulmalar da piqmentasiyasının bir səbəbidir. Qalxanvari vəz və böyrəküstü vəz problemi olanlar, qaraciyər xəstəlikləri, A, E, D,E. vitaminləri defisiti,
ginekoloji problemlər zamanı da nəinki üzdə, bədəndə də ləkələnmə ola bilir.
Piqmentasiyasının qarşısını almaq üçün açıq günəş altında müdafiəsiz olmamaq və solyari almamaqdır.