Diyetoloq və nutrioloq Roman Pristanski qidalanma zamanı sərt məhdudiyyətlərin hər zaman lazım olmadığını vurğulayıb. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, düzgün seçilmiş qida maddələri əsasında qurulan pəhriz daha effektiv və sağlamdır.

Mütəxəssis xəbərdarlıq edir ki, bir çox insanlar internetdə yayılan məlumatlara əsaslanaraq aclıq rejiminə keçir və bu, orqanizm üçün zərərlidir. Pristanski deyib ki, hər bir qida növündə porsiyanın miqdarı əsas rol oynayır.

Əgər balanslı və nizamlı qidalanma tətbiq olunarsa, sərt pəhrizlərə ehtiyac qalmır.