Macarıstanın Semmelweis Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaş aralığının 23-32 olduğunu ortaya çıxarıblar.

 Foodinfo.az xəbər verir ki, doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığını təyin etməyə çalışan tədqiqatçılar, 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu təyin ediblər.

Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələrdə Daun sindromu, ürək xəstəlikləri, dodaq və damaq yarığı kimi xəstəliklərə daha çox rast gəlinir.

Gənc yaşda uşaq dünyaya gətirən anaların körpələrində dodaq və damaq yarığı riskinin 9 faiz olduğu, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin yüzdə 45 olduğu bildirilib.

23-32 yaş aralığında olan anaların körpələrində anadangəlmə həzm sistemi pozğunluqları riski 23 faiz, 32 yaşdan yuxarı olan qadınların körpələrində isə bu 38 faizdir. 

Əvvəlki tədqiqatlar genetik pozğunluqlar və ananın yaşı arasındakı əlaqəni təsdiqləsə də, qeyri-xromosom anomaliyaları ilə ananın yaşı arasındakı əlaqəyə dair tədqiqatlar yoxdur.