
Yay aylarında dondurma ən çox istehlak olunan məhsullardandır. Foodinfo.az bildirir ki, bu məhsul seçilərkən tərkibinə və saxlanma şəraitinə xüsusi diqqət edilməlidir. Həddindən artıq şəkər və süni qatqılar olan dondurmalar sağlamlıq üçün zərərlidir.
Təbii südlə hazırlanmış və əlavə konservantlardan uzaq olan məhsullar daha faydalıdır. Ucuz dondurmalar bəzən süni yağlarla hazırlana bilər. Bu, qanda xolesterinin yüksəlməsinə səbəb ola bilər. Dondurmanın mikrobioloji təmizliyi də vacibdir.
Saxlanma temperaturu +4°C-dən yuxarı olduqda bakteriya riski artır. Dişlərə ani soyuq təsiri göstərdiyindən yavaş yeyilməlidir. İntolerans olan şəxslər südsüz və laktozsuz versiyalara üstünlük verməlidir.
Uşaqlara təqdim edilərkən miqdar və vaxt nəzərə alınmalıdır. Sağlam seçimlə yay ləzzətini təhlükəyə çevirməmək mümkündür.