Nazirlər Kabineti “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nı təsdiqləyib.
Foodinfo.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Məqsəd Prezidentin 11 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1.5-ci yarımbəndinin icrasını təmin etməkdir. Qaydalar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir. Monitorinq elektron portal vasitəsilə hər il sentyabrın 1-dən oktyabrın 1-dək aparılır.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?