Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayından etibarən qlobal ərzaq qiymətləri 6 aydır ki, davamlı olaraq ucuzlaşır.
Foodinfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı üzrə qlobal ərzaq qiymətlərinin indeksini açıqlayıb.
İndeks sentyabr ayında aylıq göstəriciyə əsasən yüzdə 1,1 azalarkən, illik göstəricidə yüzdə 5,5 artıb.
Bitki yağı qiymətlərindəki geriləmə indeksin aşa düşməsinə təsir edib. Bitki yağı qiymətlərinin indeksi aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib.
Taxılın qiymət indeksi aylıq göstəriciyə əsasən yüzdə 1,5 artıb. Buğda qiymətləri beynəlxalq səviyyədə 2,2 faiz artıb.
Süd məhsullarının qiymət indeksi ayda 0,6 faiz azalıb, bu, əsasən, böyük miqyasa bazar qeyri-müəyyənlikləri və qlobal iqtisadi artım problemləri ilə birlikdə ABŞ dollarına qarşı zəif olan avronun təsirini əks etdirir.
Ətin qiymət indeksi yüzdə 0,5 faiz geriləyib.
Şəkərin qiymət indeksi sentyabr ayında 0.7 faiz azalıb, bu, əsasən Braziliyadakı yüksək istehsal gözləntiləri, aşağı etanol qiymətləri və valyuta hərəkətinin təsirləri ilə əlaqədardır.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?