Dünyanın ilk dəfə olaraq, ağız suyu ilə hamiləliyi müəyyən edən "SaliStick" testi satışa çıxarılıb.
Foodinfo.az xəbər verir ki, hazırda test yalnız Böyük Britaniya və İrlandiya mağazalarında 9,99 funt sterlinqə (təxminən 22 manata) satılır.
Sözügedən portativ aplikator tüpürcək nümunəsini toplayaraq təhlil edir.
Cəmi 10 dəqiqə ərzində cihazın ekranında nəticələri göstərilir: hamiləlik testi müsbətdirsə, iki xətt, mənfidirsə, bir xətt. Test hamiləliyin təxminən 3-4 həftəsindən başlayaraq tüpürcəkdə β-İHQ (İnsanın xorionik qonadotropini) hormonunun yüksək səviyyəsini aşkar edir.
Klinik sınaqlar zamanı "SaliStick" menstruasiyanın gecikdiyi ilk gün keçirildikdə təxminən 95% dəqiqlik göstərib.
Ağız suyu testi ilə məşğul olan "Salignostics" İsrail startapı və "SaliStick"i yaradan təşkilat artıq "Abingdon Health" şirkəti ilə əməkdaşlığa imza atıb və artıq öz məhsullarının ABŞ-da satışı üçün icazə almaq yönündə çalışır.
Leyla