Düyü dünyada ən çox istifadə olunan taxıl məhsullarından biridir. Foodinfo.az bildirir ki, bu barədə qidalanma mütəxəssisi Pavel Smirnov “Health.Mail.ru” portalına danışıb. Onun sözlərinə görə, düyü qida rasionuna daxil edilərkən növü və hazırlanma üsulu əsas rol oynayır. Smirnov qeyd edir ki, qəhvəyi və basmati düyüsü liflə zəngindir və daha uzun toxluq hissi yaradır. Ağ düyü isə yüksək qlisenik indeksə malikdir və şəkərin sürətlə qalxmasına səbəb ola bilər.

Araşdırmalar göstərir ki, həftədə üç-dörd dəfə düyü yemək orqanizm üçün təhlükəsizdir. Pəhriz məqsədilə istifadə olunduqda yağsız tərəvəzlərlə birgə bişirilməsi tövsiyə olunur. Mütəxəssis əlavə edib ki, düyünün duz və yağla birlikdə istifadəsi onun faydasını azalda bilər. Həmçinin, düyünün qaynadılmadan əvvəl yuyulması və isladılması arzuolunandır. Düyü glütensizdir və allergiya riski az olan məhsullardandır.

Smirnov bildirir ki, əsas məsələ düyünü balanslı şəkildə və digərləri ilə birlikdə istehlak etməkdir. O vurğulayır ki, düyü təkcə pəhriz yox, gündəlik sağlam menyunun da bir hissəsi ola bilər.