Yağların, karbohidratların və duzun üstünlük təşkil etdiyi məhsulların birləşmələri xüsusilə zərərlidir. Plov bu yeməklərdən biridir.
Foodinfo.az xəbər verir ki, bu sözləri məşhur dietoloq Yelena Tixomirova “İzvestiya”ya müsahibəsində bildirib.
“Ən zərərli qida kombinasiyaları yağların, karbohidratların və duzun üstünlük təşkil etdiyi qidalardır. Bunlara qızardılmış kartof, plov, yağlı souslar əlavə olunmuş makaron yeməkləri daxildir. Məhsulların bu cür birləşmələri artıq çəki və şişkinliyə səbəb olur”, - ekspert bildirib.
Mütəxəssisin sözlərinə görə, yüksək kalorili qidaların kombinasiyası piylənmənin inkişafına kömək edir. Belə qidalanmanın yaratdığı problemdən sonra hipertoniya, şəkərli diabet və digər xəstəliklər inkişaf edir.
“İnsanın mədə-bağırsaq traktı elə formalaşıb ki, orqanizmə daxil olan istənilən qidanı həzm edə bilir. Beləliklə, zülallar amin turşularına, yağlar yağ turşularına və trigliseridlərə, karbohidratlar qlükozaya parçalanır. Həzm özü mədə-bağırsaq traktında baş verir, selikli qişanın köməyi ilə qida maddələri sorulur və udulur. Lakin bir şəxs yeməkdən sonra mədədə narahatlıq, şişkinlik və ağırlıq hiss edirsə, bu, həzm sisteminin pozulması deməkdir. Bu zaman xəstələrin həkim müayinəsindən keçməsi və xüsusi pəhriz saxlaması lazımdır”, - həkim yekunda qeyd edib.